Ərdoğan: “Mənə erməni dedilər” - VİDEO

Ərdoğan: “Mənə erməni dedilər” - VİDEO
  06 Avqust 2014    Oxunub:3169
Türkiyədə keçiriləcək prezident seçkisinin ən favorit namizədi Rəcəb Tayyib Ərdoğan “NTV”də tanınmış jurnalist Oğuz Hakseverin aparıcılıq etdiyi “Namizədlər danışır” proqramında qonaq olub.
Ərdoğan proqramda ölkədəki məzhəb qarşıdurmalarından və ertnik mübahisələrdən danışıb. Özü barədə də bu cür iddialar irəli sürüldüyünü deyən Ərdoğan türk oğlu türk olduğunu vurğulayıb.

“Mənim üçün gürcüdür dedilər. Hətta çox daha çirkin şeylər deyənlər də oldu, ermənidir dedilər. Mənim atamdan, babamdan eşitdiyim bir şey var: Türk oğlu türkəm!”

Ərdoğanın fikrini bu cür ifadə etməsi sosial şəbəkədə uzun müddət müzakirə mövzusu olub. Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) Kocaelidən olan millət vəkili Xurşid Günəş bu ifadə tərzinə görə, Ərdoğanı məhkəməyə verməyə hazırlaşır. Günəş, Ərdoğanın konstitusiyanın 10-cu, cinayət məcəlləsinin 122 və 216-cı maddələrini pozduğunu iddia edib.

“Utanmazlığa bir baxın. Ərdoğan erməniliyə çirkin dedi. Yazıqlar olsun!! Bir insana səhvən də olsa erməni demək çirkin bir iftira deyildir. Bunu belə dəyərləndirmək irqçilikdir! Ərdoğanın ağzından çıxanı qulağı eşitmir. O prezident olarsa Türkiyə sadəcə tiran yox, həm də irqçi seçmiş olacaq. Erməni həmvətənlərimiz inciməsinlər. Onun ağlı yerində deyil. Dünya bu irqçini tanısın. Erməni olma iddiasını çirkin bir iftira kimi göstərir. Hırant Dinki kim öldürdü? Heç axtarmayın. Onu öldürən düşüncə prezidentliyə namizəd oldu. Bəs bu adam yaradılanı Yaradandan ötrü sevirdi? Ermənini Allah yaratmayıbmı? Deməli ya yalançıdır, ya da Yaradanı sevmir. Bu gün ilk işim prokurorluğa gedərək Ərdoğandan şikayət etmək olacaq...” – deyə CHP millət vəkili açıqlamasında bildirib. (Ans)




Teqlər:  





Xəbər lenti