Ohanyan təşvişdə: “Müdafiəni gücləndirməliyik”

Ohanyan təşvişdə: “Müdafiəni gücləndirməliyik”
  06 Avqust 2014    Oxunub:3765
Ermənistanın müdafiə naziri Seyran Ohanyan jurnalistlərə açıqlamasında Azərbaycanın hər bir addımını nəzarətdə saxladıqlarını bildirib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

“Son həftələr cəbhədə gərginlik zamanı Ermənistan Silahlı Qüvvələri düşmən hücumundan qorunmaq üçün müvafiq tədbirlər gördü. Biz düşmənin hər bir addımına nəzarət edirik və onun hərbi bölmələrinin yerini bilirik” – deyə, Ohanyan vurğulayıb.

Ohanyan Ermənistan Silahlı Qüvvələrinin öz müdafiə mövqelərini gücləndirməli olduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti