Tramp İlham Əliyevi böyük lider adlandırıb

    Tramp İlham Əliyevi böyük lider adlandırıb
  12 Avqust 2025    Oxunub:1846
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı böyük liderlər adlandırıb.
Tramp bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımına avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüşdən fotolar əlavə edən Tramp yazıb:

"Onilliklər boyu davam edən müharibə və ölümlərdən sonra sülh sazişini imzaladığımız zaman Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə olmaq mənim üçün böyük şərəf idi. Bu iki gözəl insan və böyük lider indi mənim yaxşı dostlarımdır!", - Prezident Tramp qeyd edib.



AzVision.az


Teqlər:



Xəbər lenti