Paşinyan Aİİ-nin iclasına getməyəcək

   Paşinyan Aİİ-nin iclasına getməyəcək
  13 Avqust 2025    Oxunub:1074
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Hökumətlərarası Şurasının avqustun 14-15-də Qırğızıstanda keçiriləcək iclasına qoşulmayacaq.
Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın yerli mətbuata verdiyi məlumata görə, Nikol Paşinyan avqustun 12-dən 15-dək məzuniyyətdədir. İclasda Baş nazirin müavini Mher Qriqoryanın iştirakı gözlənilir.

Bildirilir ki, sözügedən iclasda iqlim gündəliyinin tənzimlənməsinə yanaşmalar, həmçinin 2024-2026-cı illər üzrə planlar ətrafında müzakirələr aparılacaq. Aİİ-yə üzv ölkələrin nəqliyyat koordinasiyası siyasətinin icrası, müştərək neft-qaz, habelə dərman bazarlarının inkişafı, ittifaq daxilində əmək miqrasiyasının vəziyyəti qiymətləndiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Aİİ   iclas  



Xəbər lenti