Erməni katalikosdan şeyxə: “Biz çox narahatıq...”

Erməni katalikosdan şeyxə: “Biz çox narahatıq...”
  06 Avqust 2014    Oxunub:2736
Erməni katalikosu İkinci Qaragen Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə məktub göndərib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Erməni katolikosunun göndərdiyi məktubda bildirilir:

“Azərbaycan tərəfindən sərhədyanı yaşayış məntəqələrinin fasiləsiz şəkildə atəşə tutulması, diversiya hücumları, atəşkəs rejimini pozmaq cəhdləri həssas, lakin böyük qurbanlar hesabına əldə olunan sülhə ciddi təhlükə yaradır. Biz hərbçilərin ölümü, sərhədyanı ərazilərdə yaşayan əhalinin dinc həyatının pozulması ilə nəticələnən gərgin vəziyyətdən olduqca narahatıq. İnsan həyatı müqəddəsdir, insan həyatına qarşı yönələn təxribatlar yolverilməzdir.

Hərbi əməliyyatlar beynəlxalq normalar əsasında Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ ola bilməz. Moskva və bütün Rusiyanın patriarxı birinci Kirilin vasitəçiliyi ilə üçtərəfli görüşün ruhuna sadiq qalaraq biz sizə müraciət edirik. Azərbaycanın dini lideri kimi siz ölkənizin rəhbərliyinin əldə olunan razılaşmalara, atəşkəs rejiminə sadiq qalmaları, Azərbaycan rəhbərliyinə öz hərəkətləri ilə Qarabağ problemi, regionda sabitliyin sülh yolu ilə həll olunması prosesinə mane olmaması məsələsində səylər göstərməyə çağrırıq”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti