Ermənistan vətəndaşları Omana vizasız gedəcəklər

Ermənistan vətəndaşları Omana vizasız gedəcəklər
  14 Avqust 2025    Oxunub:1110
Ermənistan vətəndaşları üçün Omana səfər əsnasında viza almaq tələbi aradan qaldırılıb.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu qərar avqustun 11-dən qüvvəyə minib. Viza tələbinin ləğvi yalnız qısamüddətli səfərlərə aiddir.

"Oman hökuməti Ermənistan Nazirlər Kabinetinin Oman vətəndaşlarına birtərəfli qaydada vizasız səyahət imkanı verməsini yüksək qiymətləndirərək oxşar addım atıb", - məlumatda vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Oman   viza   ləğv  



Xəbər lenti