Alla Puqaçova Rusiya vətəndaşlığından imtina edir

Alla Puqaçova Rusiya vətəndaşlığından imtina edir
  14 Avqust 2025    Oxunub:638
Müğənni Alla Puqaçova Rusiya vətəndaşlığından imtina etmək qərarına gəlib və müvafiq sənədləri Rusiyanın İsraildəki səfirliyinə təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın bir sıra "Telegram" kanalları məlumat yayıb.

Məlumata görə, sənətçi səfirliyə xüsusi girişdən daxil olub. Qeyd olunur ki, vətəndaşlıqdan imtina sənədlərinin baxılması bir neçə ay çəksə də, bəzi hallarda bu prosedur sürətləndirilə bilər.

Bildirilir ki, ifaçının bu addımına səbəb Rusiyada ona qarşı mümkün cinayət işi olub. Alla Puqaçova 2022-ci ildə İsrail vətəndaşlığını aldıqdan sonra Ukraynadakı müharibəyə qarşı çıxaraq ölkəni tərk edib.

AzVision.az



Teqlər:



Xəbər lenti