Benzinin bahalaşması ilə bağlı RƏSMİ AÇIQLAMA

Benzinin bahalaşması ilə bağlı RƏSMİ AÇIQLAMA
  06 Avqust 2014    Oxunub:3371
Azərbaycana Yunanıstandan gətirilən “Premium Euro-95” markalı benzinin qiyməti 4 qəpik qalxıb və 97 qəpik olub.
AzVision.az məsələ ilə bağlı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasından münasibət öyrənib.

Şuradan bildiriblər ki, həmin benzin ölkəyə xaricdən idxal olunur və onun qiyməti dövlət tərəfindən tənzimlənmir.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasından AzVision.az-a bildiriblər ki, ötən ilin dekabrın 2-də avtomobil benzininin pərakəndə satış qiymətləri Aİ-92 markalı benzin üçün 70 qəpik, Aİ-95 markalı benzin üçün 80 qəpik müəyyən olunub.

Həmçinin Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarına əsasən, ölkəyə idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Bu, "Premium Avro-95" və "Super Avro-98" benzininin daxili bazarda sərbəst qiymətlərlə satışına imkan verir.



Teqlər:  





Xəbər lenti