Ohanyan: “Qarabağda sülhməramlılara ehtiyac yoxdur”

Ohanyan: “Qarabağda sülhməramlılara ehtiyac yoxdur”
  06 Avqust 2014    Oxunub:2790
Ermənistanın müdafiə naziri Seyran Ohandan Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlıların yerləşdirilməsinə ehtiyacın olmadığını bildirib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə müdafiə naziri Yerevanda təşkil olunan mətbuat konfransında bildirib.

Ohanyan bildirib ki, Dağlıq Qarabağ dünyada atəşkəsin tərəflərin dəstəklədiyi yeganə münaqişədir.

O, eyni zamanda bildirib ki, cəbhədə sülh erməni əsgərlərinin professionallığı və yüksək döyüş ruhu hesabına qorunur: “Düşmən müntəzəm olaraq atəşkəs rejimini pozur. Lakin bizim hərbi birləşmələrimiz buna adekvat cavab verir. Hesab edirəm ki, sülhməramlıların yerləşdirilməsində ehtiyac yoxdur”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti