İspaniyada minlərlə insan istidən ölüb

İspaniyada minlərlə insan  istidən   ölüb
  18 Avqust 2025    Oxunub:1355
İspaniyanın müxtəlif şəhərlərində həddindən artıq isti keçən hava şəraiti səbəbi ilə yay fəslinin əvvəlindən 16 avqustadək 2405 nəfər həyatını itirib.
İspaniya mətbuatının yaydığı məlumata görə, bu rəqəm keçən ilin müvafiq göstəricisindən artıqdır. Belə ki, ölkədə 2024-cü ilin 15 mayından 30 sentyabrınadək 2012 nəfər dünyasını dəyişmişdi.

"Cari ildə təkcə avqust ayının ilk iki həftəsində 931 nəfər həddən artıq isti hava şəraitinə görə ölüb", – məlumatda vurğulanır.

Ölkədə kütləvi meşə yanğınlarına da gətirib çıxaran anomal isti hava dalğasının bu həftənin axırınadək sənginəcəyi bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İspaniya   anomal-isti  



Xəbər lenti