Ohanyandan girovlara qarşı ağır ittihamlar

Ohanyandan girovlara qarşı ağır ittihamlar
  06 Avqust 2014    Oxunub:3274
Azərbaycanlı `cinayətkarlar` “Dağlıq Qarabağ” və beynəlxalq qanunvericiliyə uyğun şəkildə cəzalandırılacaq.

AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Yerevanda təşkil olunan mətbuat konfransında Kəlbəcər rayonunda girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama verərkən bildirib.

“Onlar cinayətkarlardır. Qrupun məqsədi infomasiya toplamaq olub. Onlardan əldə edilmiş materiallar göstərir ki, onlar müəssisələri, hərbi hissələri, silahlı bölmələri araşdırıblar. Onlar cinayətkardır və “Dağlıq Qarabağ” və beynəlxalq qanunvericiliyə uyğun şəkildə cəzalandırılmalıdırlar” .

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti