Zelenski təzminat tələb edir
“İddiaya əsasən, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların istənilən yumşaldılması yalnız Moskvanın gələcək razılaşmalara əməl edəcəyi və “ədalətli oynayacağı” halda mümkündür”, - materialda deyilir.
Qəzet həmçinin “cəbhə xəttinin dondurulması” təklifini Kiyevin rədd etdiyini bildirir. Mənbələrin “FT”-yə ötürdüyü məlumata görə, Ukrayna lideri Volodimir Zelenski Ağ Ev rəhbəri Donald Trampa təhlükəsizlik zəmanəti müqabilində Amerika silahlarını almaq üçün 100 milyard dollarlıq müqavilə təklif edib.
- Kiyev ən azı 10 “Patriot” hava hücumundan müdafiə (HHM) sistemi, eləcə də digər raket və avadanlıq almaq niyyətində olduğunu açıqlayıb. Bundan əlavə, Kiyev və Vaşinqton Ukrayna şirkətləri ilə birgə pilotsuz təyyarələrin istehsalına dair 50 milyard dollarlıq müqavilə imzalayacaq”, - məlumatda vurğulanır.
Nəşr qeyd edir ki, Ukrayna Rusiyaya ərazi güzəştlərini ehtiva edən heç bir sazişlə razılaşmayacaq və tam sülh müqaviləsinə doğru ilk addım kimi atəşkəsdə israrlıdır. Kiyev həmçinin Putinin Alyaskada Trampa Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən çıxarılması müqabilində cəbhə xəttini dondurmaq təklifini də rədd edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna Rusiya təzminat







Vaxtında, Aydın, Lazımlı!


