Pezeşkiyan Paşinyanla görüşüb

   Pezeşkiyan Paşinyanla görüşüb
  19 Avqust 2025    Oxunub:1030
İran Prezidenti Məsud Pezeşkiyan Ermənistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Ermənistan mətbuatının yaydığı məlumata görə, İran Prezidenti üçün İrəvanda hökumət iqamətgahının həyətində rəsmi qarşılanma mərasimi baş tutub.

Ardınca tərəflərin təkbətək görüşü başlayıb. Onlar əsasən qarşılıqlı münasibətlər və regional təhlükəsizlik məsələləri, Cənubi Qafqaz və Yaxın Şərqdə cari vəziyyət ətrafında müzakirələr aparıblar.

Bildirilib ki, Məsud Pezeşkiyan və Nikol Paşinyan görüşün yekununda bu, ya digər sahələr üzrə əməkdaşlığa dair 10 anlaşma memorandumu imzalayacaqlar.
Pezeşkiyan İrəvana gedib

Bu, İran Prezidenti Məsud Pezeşkiyanın Ermənistana ilk rəsmi səfəridir. O həmçinin səfər çərçivəsində İrəvandakı Göy məsciddə namaz qılıb.


Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   prezident   Ermənistan   səfər  



Xəbər lenti