Benzin yenidən bahalaşacaqmı? - AKTUAL

Benzin yenidən bahalaşacaqmı? - AKTUAL
  06 Avqust 2014    Oxunub:5571
Bu gündən etibarən “Premium Euro-95” markalı benzinin qiymətində artım müşahidə olunub.
Ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə olan benzinin qiyməti 4 qəpik artaraq 97 qəpik olub. Sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb kimi dünya bazarlarında neftin qiymətinin dəyişilməsi göstərilir.

Bəzi ekspertlər hesab edirlər ki, hazırkı vəziyyətdə benzinin bahalaşmasının heç bir iqtisadi əsası yoxdur.

İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycan Avro-4 standartlarına keçdikdən sonra “Premium Euro-95” benzinin qiymətində dəyişikliklərin olacağı proqnozlaşdırılırdı:

“Amma artım heç bir əsas olmadan baş verdi. Bu benzinin qiymətinə Tarif Şurası təsir göstərmir, dünya bazarı tərəfindən müəyyənləşir. Bazar tərəfindən müəyyənləşdiyi üçün benzinin qiyməti artdı. Qiymət bazar tərəfindən müəyyənləşsə də, bütün hallarda qiymətin dəyişdirilməsinin hökmən iqtisadi əsasları olmalıdır. O zaman dəyişiklik baş verir ki, benzinin xərc strukturunda dəyişiklik olsun. Nəzərə alsaq ki, nəqliyyat xərclərinin dəyişilməsi yoxdur, aktiv xərclər dəyişilməyib. Eyni aktiv dərəcələr təklif olunur. Deməli, vergilərlə bağlı xərclər dəyişilməyib”.

Dünya bazarında benzin ucuzlaşır...

V. Bayramovun sözlərinə görə, benzinin qiyməti bir ay öncə hər bariel üçün 110 dollara təklif olunudursa, hazırda da brend markalı benzin üçün 105 dollardır: “Dünya bazarında neftin qiymətinin dəyişmədiyi halda “Premium” markalı benzinin qiymətinin dəyişdirilməsi arzuolunan deyil və iqtisadi baxımdan izah etmək olduqca çətindir, əgər xərc maddələrinin dəyişikliyi yoxdursa, o zaman nə üçün qiymət artımları baş versin. Xərc maddələrinin qiymət artımı olmadan, benzinin xərc strukturu, maya dəyəri dəyişmədən qiymətdə artma baş verir. Baxmayaraq ki, bu qiymət sahibkarlar tərəfindən müəyyənləşir. Bu qiymətin müəyyənləşdirilməsində dövlətin müdaxilə imkanları yoxdur. Amma bütün hallarda qiyməti dəyişən zamanda onun iqtisadi baxımdan əsaslandırılması lazımdır, ən azından maya dəyəri dəyişən halda qiymət artımının olması vacibdir. Təəssüf ki, belə qiymət artımları olmadığı halda, benzinin qiymətinin artmasını müşahidə etdik”.

Bundan sonra bahalaşma gözlənilmir.

Ekspert bildirib ki, “Premium” markalı benzinin gələcəkdə qiymətinin artması üçün hər hansı bir iqtisadi zəmin yoxdur: “Təbii ki, qiymət artımın bazar müəyyənləşdirsə də, nəzərə almaq lazımdır ki, bazarın müəəyyənləşdirdiyi qiymətin də bir iqtisadi əsası olmalıdır. Bazarın qiymət müəyyənləşdirməsi o anlama gəlmir ki, qiyməti istənilən zaman artırmaq olsun”.

“Premium Euro-95” benzinin qiymətinin qalxması digər məhsulların qiymət artımına təsir göstərməyəcək. Çünki Azərbaycan nəqliyyatında dizeldən, Aİ -92 markalı benzindən istifadə olunur. Bu markalı benzinin qiyməti də Tarif Şurası tərəfindən tənzimlənir. Bu benzinin qiyməti dəyişmədiyi üçün heç bir məhsulun qiymətinin artmasından da söz gedə bilməz. Aİ-92 markalı benzinin qiymətinin artması birbaşa dünya bazarındakı qiymətlərlə bağlı deyil və dünya bazarında da neftin qiyməti stabildir. Nəzərə alsaq ki,ilin sonunda , dekabrda Aİ-92 markalı benzinin qiymətinin artırılması ilə bağlı qərar qəbul edilmişdi. Həmin müddətlə müqayisədə neftin dünya bazarında qiymətində kəskin dəyişiklik yoxdur. Ona görə də Aİ-92 markalı benzinin qiymətinin dəyişməsi ilə bağlı Tarif Şurasının qərarı olacağını gözləmirik”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti