"Qalatasaray"ın futbolçusu Bundesliqaya transfer olub

"Qalatasaray"ın futbolçusu Bundesliqaya transfer olub
  19 Avqust 2025    Oxunub:488
"Qalatasaray"da ayrılıq gerçəkləşib.
AzVision.az xəbər verir ki, Derrik Köhn komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı sol cinah müdafiəçisi Bundesliqa təmsilçisi "Union"a transfer olub.

Razılaşmaya əsasən, "Qalatasaray" bu satışdan 4 milyon avro + 500 min avro bonus qazanacaq. İstanbul klubu oyunçunun sonrakı satışından 20 faiz gəlir əldə edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti