"Həmin bənddə göstərilir ki, tərəflər dövlətdaxili nəqliyyat əlaqələrinə, yəni Ermənistandan Azərbaycan ərazisi ilə Ermənistana, habelə Azərbaycandan Ermənistan ərazisi ilə Azərbaycana (Naxçıvana – red.) keçidlərə böyük əhəmiyyət verirlər. Sənəddə beynəlxalq əlaqələr də, yəni digər ölkənin ərazisindən üçüncü ölkəyə keçmək imkanı da vurğulanır. Bu barədə artıq müzakirələr aparılıb, fikirlər dilə gətirilib", – hökumət başçısı söyləyib.
|
| Paşinyan: "Xalqımı münaqişədən əl çəkməyə çağırıram" |
Xatırladaq ki, Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində də söyləmişdi ki, Vaşinqtonla imzalanmış saziş və bəyannamədə həm İran, həm də Rusiya üçün nəzərəçarpan real faydalar var.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


