Rusiya NATO sərhədləri yaxınlığında hərbi obyekt tikir

Rusiya NATO sərhədləri yaxınlığında hərbi obyekt tikir
  21 Avqust 2025    Oxunub:575
Peyk görüntüləri Rusiyanın Kalininqrad vilayətində - NATO sərhədindən cəmi 25 km aralıda irimiqyaslı tikinti aparıldığını üzə çıxarıb.

AzVision.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

"Toçnyi" araşdırma platformasının məlumatına görə, bu, Çernyaxovsk şəhəri yaxınlığında yerləşən halqa antena kompleksidir.

Tikintiyə 2023-cü ilin martında başlanılıb. Mütəxəssislər güman edirlər ki, bu, halqa antenna sistemi hərbi radiotexniki kəşfiyyat və rabitə üçündür.

Kompleksin diametri 1 600 metrə çata bilər, bu da bu tipli standart qurğuların ölçüsünü xeyli üstələyir.

Tamamlandıqdan sonra kompleksin potensial imkanlarına Şərqi Avropa və Baltikyanı ölkələrdə NATO-nun radio rabitəsinə müdaxilə, Baltik dənizində və Şimali Atlantikada Rusiyanın sualtı qayıqları ilə daha etibarlı əlaqənin təmin edilməsi daxildir.

AzVision.az



Teqlər:



Xəbər lenti