"Sumqayıt" səfərdə "Qarabağ"ı məğlub edib

"Sumqayıt" səfərdə "Qarabağ"ı məğlub edib
  22 Avqust 2025    Oxunub:584
Misli Premyer Liqasının II turu çərçivəsində "Qarabağ" futbol klubu "Sumqayıt"ı qəbul edib.
AzVision.az xəbər verir ki, oyunda hesabı 72-ci dəqiqədə "Sumqayıt"ın futbolçusu Ronaldo Vaskez açıb.

Oyunun qalan hissəsində fərqlənən olmayıb.

Beləliklə, "Sumqayıt" səfərdə "Qarabağ" üzərində qələbə qazanıb.

"Kimyaçılar" yeni mövsümdə 2 oyuna 6 xal qazanmaqla turnir cədvəlinə başçılıq edirlər.

AzVision.az



Teqlər:



Xəbər lenti