Türkiyəni təmsil edən azərbaycanlı üzgüçü dünya çempionu olub

Türkiyəni təmsil edən azərbaycanlı üzgüçü dünya çempionu olub
  24 Avqust 2025    Oxunub:598
Türkiyəni təmsil edən 18 yaşlı azərbaycanlı üzgüçü Nüsrət Allahverdi dünya çempionu olub.
İdmançı Rumıniyada gənclər arasında keçirilən mundialda Türkiyə millisinin heyətinə qızıl medal qazandırıb. O, 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 26,98 saniyə ilə finişə hamıdan tez çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Nüsrət Allahverdi ötən il Litvada keçirilmiş Avropa çempionatında eyni növ üzrə birinci yeri tutmuşdu.

AzVision.az



Teqlər:



Xəbər lenti