Millimiz dünya üçüncüsü oldu

Millimiz dünya üçüncüsü oldu
  24 Avqust 2025    Oxunub:520
Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatına yekun vurulub.
Yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb. 90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti