İrandan Azərbaycana Qarabağ dəstəyi

İrandan Azərbaycana Qarabağ dəstəyi
  07 Avqust 2014    Oxunub:2624
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi cəhbə xəttində şəhid olan hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.
Nazir bildirib ki, bu günlərdə Azərbaycanlı qardaşlarımız ermənilərlə təmas xəttində şəhid olublar:

“Özüm və dövlətim adından Azərbaycan xalqına və dövlətinə başsağlığı verirəm. Siz bizim Azərbaycanla bağlı baxışımızı çox yaxşı bilirsiniz. İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Ermənistanla münaqişədə həm İran dövləti, həm də İran xalqı bütün lazımı köməkliyi göstərdilər və indi də göstərirlər ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Bu münaqişədə həyatlarını qurban verənlərə rəhmət diləyir və qaçqınlara həmdəm olduğumuzu bildiririk.

İran çalışır ki, bu münaqişə Azərbaycan tərəfinin xeyrinə həll olunsun. İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmi şəkildə dəstəkləyir. İnşallah bu münaqişə öz müsbət həllini tapsın, qaçqınlar öz doğma yurd-yuvalarına, öz doğma şəhərlərinə qayıtsınlar və onlar da öz şəhərlərini eyni ilə digər şəhərləriniz kimi tikib yaratsınlar, qursunlar. Azərbaycanda insanları rifah içində yaşayan gördüm, çox canlı, çox həyat dolu insanlar gördüm və bundan çox sevindim”.


Teqlər:





Xəbər lenti