"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı

"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
  07 Avqust 2014    Oxunub:2226
Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu Avstriyanın “Red Bull Zaltsburq” komandası ilə keçirib.
Şotlandiyalı hakim Bobbi Maddenin idarə etdiyi görüş yerli komandanın hücumları ilə başlayıb. Bakıdakı gözlənilməz məğlubiyyətin əvəzini çıxmağa çalışan zaltsburqlular 18-ci dəqiqədə Martin Hintereqqerin başla vurduğu zərbə ilə hesabı açıblar.

20 mindən artıq tamaşaçının izlədiyi matçın 34-cü dəqiqəsində Martin Hintereqqer dubl edərək, komandasını 2:0 hesabı ilə önə çıxarıb.

Oyunun ikinci hissəsində qapılara əlavə top vurulmayıb.

Bununla da, Bakıda “Red Bull Zaltsburq” üzərində 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ“ səfərdə 0:2 hesabı ilə məğlub olaraq, UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.




Teqlər:  





Xəbər lenti