Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  23 Aprel 2013    Oxunub:8369
Arelin 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir

Azərbaycanın rayonlarında aprelin 24-də havanın arabir yağıntılı olacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji məlumat

Respublikanın əksər rayonlarında aprelin 24-dək gözlənilən iqlim normasından aşağı temperatur rejimi və yağıntılı hava şəraiti kənd təsərrüfatı bitkilərində fəal vegetasiyanı zəiflədəcək. Belə hava şəraiti bir çox aran rayonlarında torpaqda kifayət qədər istilik çatışmazlığı yaratmaqla çiyid və qarğıdalı səpinini gecikdirəcək. Bəzi yerlərdə intensiv yağıntılar, dağətəyi rayonlarda gecə temperaturun mənfi hədlərə enmə ehtimalı meyvə ağacları üçün çiçəklənmə şəraitini çətinləşdirəcək. Lakin yağıntılar torpağın nəmlənmə şəraitini yaxşılaşdıraraq payızlıq dənli əkinlərə, çəmənlik və qışlaqlarda otörtüyünün gələcəkdə boy atmasına müsbət təsir edə bilər.


Teqlər:  





Xəbər lenti