Türkiyədə 9 min illik abidələr tapılıb | FOTOLAR

   Türkiyədə 9 min illik abidələr tapılıb |    FOTOLAR
  27 Avqust 2025    Oxunub:745
Türkiyənin Çanaqqala vilayətinin Gökçəada rayonunda aparılan arxeoloji qazıntılar nəticəsində 8 min 800 il əvvələ aid 5 memarlıq abidəsi üzə çıxarılıb.
"Anadolu Ajansı"nın yaydığı məlumata əsasən, sözügedən ərazidə qazıntılar 2009-cu ildən bəri Akdəniz Universitetinin arxeologiya kafedrasının müəllimi professor Burçin Ərdoğunun rəhbərliyində aparılır.

Burçin Ərdoğu mətbuata açıqlamasında diqqətə çatdırıb ki, qazıntı işlərinin həyata keçirildiyi Uğurlu kəndində aşkarlanan tapıntılar ümumilikdə Türkiyənin ucqar qərbinin tarixindən xəbər verir.

"Tapıntılara əsasən belə qənaətə gəlmişik ki, qazdığımız yerlər bu ərazidə ilk tarixi yaşayış məntəqəsidir. Burada əkinçilik, maldarlıq, dulusçuluq, dəmirçilik, hətta şəhərləşmə izləri mövcuddur", – Burçin Ərdoğu deyib.

Professorun sözlərinə görə, hazırda tapılan 5 tikili Gökçəadaya gəlmiş ilk əkinçi qəbilələrdən qalıb.

"Egey adaları ərazisində bu cür tikililərə ilk dəfə rast gəldik", – o vurğulayıb.




Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   tarix   arxeologiya  



Xəbər lenti