İlham Əliyev: `Ermənilər itkilərini gizlədirlər`

İlham Əliyev: `Ermənilər itkilərini gizlədirlər`
  07 Avqust 2014    Oxunub:5433
`Mən bu gün səhər düşmənlə təmas xəttində idim. Orada vəziyyətlə tanış olurdum. Mənə müntəzəm olaraq məlumat verilir. Ancaq təmas xəttində olarkən vəziyyətlə əyani şəkildə tanış oluram, müvafiq göstərişlər verilir. Son günlər ərzində erməni işğalçı qüvvələrinin hücumları nəticəsində bizim ordumuz itkilər verib, bir neçə hərbçi şəhid olub. Allah onlara rəhmət eləsin! Ancaq, eyni zamanda, deyə bilərəm ki, onların qanı yerdə qalmayıb. Azərbaycan Ordusu düşmənə çox böyük zərbə vurub`.

Bu sözləri prezident İlham Əliyev ötən gün Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında deyib.

`Bizdə olan məlumata görə, onlarla işğalçı məhv edilib. Ermənilər həmişə olduğu kimi öz itkilərini gizlədirlər. Ancaq həqiqət ondan ibarətdir ki, bu hadisələrdə yenə də Azərbaycan Ordusu üstün olub və bu hadisələrdə biz qələbə qazanmışıq. Bu, həmişə belə olacaq.

Azərbaycan Ordusu güclü ordudur. Bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir və əlbəttə ki, bizim ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Bu gün hərbçilərlə müşavirə keçirildi. Müvafiq tapşırıqlar verilib ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin”, - deyə prezident qeyd edib.


Teqlər:





Xəbər lenti