Paşinyan: "Başa düşürük ki, bir əldə iki qarpız tuta bilmərik" | VİDEO

      Paşinyan:    "Başa düşürük ki, bir əldə iki qarpız tuta bilmərik" |    VİDEO
  28 Avqust 2025    Oxunub:742
"İrəvan fərqinə varır ki, həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) eyni vaxtda üzvlük qeyri-mümkündür".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda mətbuat konfransında danışarkən söyləyib. O bu məsələni "beynəlxalq platformalarda dəfələrlə dilə gətirdiyini" vurğulayıb.

"Seçmək məcburiyyəti yarananda müvafiq qərar verəcəyik. Erməni xalqının iradəsini, vəziyyətin təhlilini, danışıqların perspektivləri və nəticələrini nəzərə alaraq, vəziyyətin inkişafında istənilən ssenari mümkündür", – hökumət başçısı deyib.
Paşinyan gələn ay Moskvaya gedəcək

Xatırladaq ki, cari il yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə qoşulması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk həmin dövrdə diqqətə çatdırmışdı ki, Moskva belə bir addımı "İrəvanın Aİİ-dən çıxması" kimi qiymətləndirərək, öz iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq.

Aleksey Overçuk İrəvana ötən günlərdə səfəri əsnasında da bildirib ki, Aİİ və Aİ-nin normativ-hüquqi bazalarında "ciddi ziddiyyətlər" var.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Aİİ     Rusiya  



Xəbər lenti