Həmsədrlər Soçi görüşündə iştirak etməyəcək

Həmsədrlər Soçi görüşündə iştirak etməyəcək
  07 Avqust 2014    Oxunub:4043
ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popv (Rusiya) və Pyer Andre (Fransa) Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə iştirak etməyəcəklər.

AzVision.az
-ın məlumatına görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi erməni KİV-nə açıqlamasında bildirib.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin Soçi görüşündə iştirak etmək barədə planları yoxdur” – deyə, ABŞ səfirliyinin məlumatında bildirilir.

Qeyd edək ki, prezidentlərin 8-9 avqust tarixlərində görüşü nəzərdə tutulub. Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl bildirib ki, hər iki prezident Soçidə rusiyalı həmkarları Vladimir Putunlə ayrı-ayrılıqda görüşəcəklər.

İlham Əliyev Serj Sarkisyan Soçidə 19-cu dəfə görüşə bilərlər. Prezidentlər arasında son görüş noyabrın 19-da Avstriyanın paytaxtı Vyanada olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti