KİV: Ermənistan konsulu Azərbaycana casusluqda ittiham olunaraq saxlanılıb

KİV: Ermənistan konsulu Azərbaycana casusluqda ittiham olunaraq saxlanılıb
  31 Avqust 2025    Oxunub:890
Təxminən iki ay əvvəl Ermənistan Respublikasının konsulu Aşxen Aleksanyan Avstriyada Ermənistan ərazisinə qayıdarkən saxlanılıb. O, Azərbaycana casusluqda ittiham olunur.
Bu barədə Hraparak qəzeti öz mənbələrinə istinadla yazıb.

Məlumatda qeyd olunur ki, Aleksanyan Yerevana geri dönərkən hava limanında saxlanılıb və onun üzərində Azərbaycana casusluq fəaliyyəti ilə bağlı şübhə doğuran sənədlər aşkarlanıb.

İddialara görə, saxlanılmadan dərhal sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Yerevandakı Xarici İşlər Nazirliyində axtarış aparıblar. Mənbələrin bildirdiyinə görə, mümkün qalmaqalı ört-basdır etmək məqsədilə Aleksanyan barəsində internetdə mövcud bütün məlumatlar, o cümlədən onun rəsmi təyinatı ilə bağlı xəbərlər silinib.

Ermənistan rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.

M.Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti