Moskvada azərbaycanlıların qanlı “razborkası”

Moskvada azərbaycanlıların qanlı “razborkası”
  07 Avqust 2014    Oxunub:10486
Rusiyanın paytaxtı Moskvada biznes maraqların toqquşması nəticəsində azərbaycanlı Şahverdiyev öldürülüb, daha bir həmyerlimiz Ramin Paşa oğlu Mirzəyev isə yaralanıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Ötən axşam Moskva polisinə Beloveşskaya küçəsində qətl hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Öldürülən şəxs 27 yaşlı azərbaycanlı Şahverdiyev soyadlı şəxs olub. Bir qədər sonra isə polisə daha bir azərbaycanlı Ramin Mirzəyevin güllə yarası alması barədə məlumat daxil olub. Yaralı şəxs Moskva klinikalarından birinə yerləşdirilib.

Araşdırmalar nəticəsində Şahverdiyevin Mirzəyev tərəfindən qətlə yetirildiyi məlum olub. Onlar arasında mübahisə yaranıb. Bu zaman Şahverdiyev Mirzəyevə çiyin və boyun nahiyələrini güllə ilə yaralayıb. Mirzəyev isə öz rəqibinə bir neçə dəfə bıçaqla xəsarət yetirib, Şahverdiyev aldığı yaralardan hadisə yerində ölüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti