NBC: “Tramp Putinlə münasibətləri korlamaq istəmir”

      NBC:    “Tramp Putinlə münasibətləri korlamaq istəmir”
  05 Sentyabr 2025    Oxunub:1078
ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Ukraynadakı müharibənin həllində vasitəçilik perspektivlərini, habelə Rusiya və Ukrayna prezidentləri arasında görüşün təşkili ehtimalını getdikcə daha bədbin qiymətləndirir.
AzVision.az xəbər verir ki, Ağ Evin iki yüksək vəzifəli məmuruna istinad edən “NBC” telekanalı belə məlumat yayıb.

Bir gün əvvəl Zelenski və Avropa liderləri ilə telefon danışığı aparan Donald Tramp vurğulayıb ki, “Avropa müharibəni maliyyələşdirən Rusiya neftini almağı dayandırmalıdır”.

Bu reallıq fonunda adının şəkliməsini istəməyən avropalı məmurlardan biri telekanala açıqlamasında Ağ Evin Moskvaya qarşı müharibəni dayandırmağa sövq edə biləcək əhəmiyyətli yeni sanksiyalar tətbiq etmədiyindən təəssüfləndiyini bildirib.

Mənbələrin sözlərinə görə, Trampın qərarını bu yaxınlarda müşavirlərinə Putinlə münasibətləri korlamaq istəmədiyi barədə dedikləri izah etmək olar.

- Sanksiyalar Moskvanı güzəştə getməyə məcbur edə biləcək təzyiq vasitəsi olaraq qalsa da, onların mənfi tərəfi də var: hər yeni eskalasiya raundu Trampın neytral vasitəçi rolunu şübhə altına alır”, - Ağ Evdəki mənbə, öz növbəsində, diqqətə çatdırıb.

Amerikalı məmurun fikrincə, əsas problem sanksiyaların tətbiqi üçün düzgün anı seçmək və irəliləyiş əldə edildikdən sonra onları “aradan qaldırmaq” məsələsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin   münasibətlər  



Xəbər lenti