Onlayn alış-verişdən imtina səbəbləri açıqlanıb

Onlayn alış-verişdən imtina səbəbləri açıqlanıb
  06 Sentyabr 2025    Oxunub:1221
2024-cü ildə Azərbaycanda ev təsərrüfatlarının mal və xidmətləri onlayn əldə etməmə səbəblərinin 47,4%-i belə alışlara marağın olmaması ilə əlaqədardır.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata əsasən, səbəblərin:
- 26,7%-i alışları şəxsən etməyə üstünlük verilməsi;
- 8,2%-i texniki problemlərlə (məsələn, veb-saytlar, ödənişlərin edilməsində və ya çatdırılmasında problemlər);
- 5,8%-i bu sahədə bilik və bacarığın olmaması;
- 4,9%-i belə alışların təhlükəsizliyinə əmin olmamaqla;
- 3,7%-i şəxsi məlumatların qorunmasına əmin olmamaqla;
- 3,3 %-i etibarlılıq problemləri (malın çatdırılması, yaxud dəyişdirilməsi, qaytarılması üçün zəmanətə şübhənin olması, yaxud belə zəmanətin ümumiyyətlə olmaması) ilə bağlıdır.

AzVision.az


Teqlər: onlayn   alış-veriş   statistika  



Xəbər lenti