Boksçularımız beynəlxalq turnirdə 2 medal qazanıblar

Boksçularımız beynəlxalq turnirdə 2 medal qazanıblar
  06 Sentyabr 2025    Oxunub:1084
Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb.
AzVision.az xəbər verir ki, Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub.

Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kiloqram) və Ruslan Rüstəmov (65 kiloqram) fəxri kürsüyə yüksəliblər. Onların hər ikisi turniri bürünc medalla başa vurublar.

AzVision.az


Teqlər: idman  



Xəbər lenti