Polşa Azərbaycanla dostluğu əbədiləşdirəcək

Polşa Azərbaycanla dostluğu əbədiləşdirəcək
  23 Aprel 2013    Oxunub:1608
Bu gün Polşa-Azərbaycan “Dostluq” abidəsinin açılışı olacaq.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Polşada rəsmi səfərdədir. Azərbaycan heyəti Qnezno şəhərində iki ölkə arasında dostluq şərəfinə ucaldılacaq abidənin açılışında iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyindən “İnterfaks”a verilən məlumata görə, abidənin açılışından sonra muğam ustalarının da iştirak edəcəyi konsert proqramı keçiriləcək.

Qeyd edək ki, "Dostluq" abidəsi üz-üzə dayanmış palıd yarpağı formasındadır. İç tərəfdən üzərində Azərbaycanın və Polşanın xəritəsi əks olunub. Bürünc materialda, parlaq rənglərdə verilmiş yarpağın çöl tərəfində Heydər Əliyevin Polşa haqqında, digər tərəfdə isə Roma papası II İohann Pavelin Azərbaycan haqqında dediyi sözlər yazılıb. Abidənin hündürlüyü 3,5 m, eni 1,7 metrdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti