ABŞ-ın gizli dosyeləri oğurlandı

ABŞ-ın gizli dosyeləri oğurlandı
  07 Avqust 2014    Oxunub:1782
ABŞ-ın dövlət idarələrində insanları işə götürməklə məşğul olan US Investigations Services (USIS) xidməti geniş haker hücumuna məruz qalıb. Yerli medianın verdiyi məlumata görə, bunu edənlər Çin hakerləri olub.
Ehtimal edilir ki, hakerlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin əməkdaşlarının haqqında şəxsi məlumatları əldə edə biliblər. Qurumun təmsilçisi Piter Buqard bildirib ki, hazırda informasiya oğurluğunun miqyasları dəqiqləşdirilir.

USIS yetkililəri vurğulayıblar ki, bu hücum “başqa ölkə hökumətinin dəstəyilə” baş tutub.

Hazırda ABŞ Milli Təhlükəsizlik Agentliyinin əməkdaşlarına daha da ehtiyatlı və diqqətli olmaq tövsiyə edilib.


Teqlər:





Xəbər lenti