TDT ölkələri Orta Dəhlizin inkişafı üçün gömrük prosedurlarını sadələşdirir
İclas gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşdırma və sərhəd keçidlərinin sürətləndirilməsi vasitəsilə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına həsr olunub.
Müzakirə olunan əsas mövzular arasında e-TIR sisteminin tətbiqinin genişləndirilməsi, "Bir pəncərə" və "One-Stop Shop" mexanizmlərinin tətbiqi, elektron plomblar və yüklərin izlənməsi sistemləri də daxil olmaqla müasir texnologiyaların inteqrasiyası yer alıb.
Regionda ticarətin sadələşdirilməsinə və transsərhəd daşımalarının asanlaşdırılmasına kömək edən səlahiyyətli iqtisadi operator (AEO) proqramlarının inkişafına və harmonizasiyasına xüsusi diqqət yetirilib.
Tərəflər həmçinin Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında saziş çərçivəsində pilot layihənin işə salınmasını sürətləndirməyə razılıq veriblər ki, bu da sərhəd keçidini asanlaşdıracaq, tranzit daşımalarını yaxşılaşdıracaq və TDT ölkələrində xarici iqtisadi fəaliyyət üçün daha əlverişli şərait yaradacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


