Qətərdə təcili sammit keçiriləcək

   Qətərdə təcili sammit keçiriləcək
  11 Sentyabr 2025    Oxunub:1013
(İsrailin hücumu nəticəsində Qətərdə ziyan görmüş bina)

İsrail Hərbi Hava Qüvvələrinin ötən gün Qətər ərazisinə gözlənilməz aviazərbəsi fonunda bu ölkənin paytaxtı Doha şəhərində təcili Ərəb-İslam Sammiti baş tutacaq.
İsrailin "The Jerusalem Post" qəzetinin Qətərdəki rəsmi hökumət mənbələrinə istinadən yaydığı məlumata əsasən, ikigünlük sammit öz işinə bazar günü başlayacaq.

Sammitdə Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının rəhbər şəxslərinin İsrail tərəfindən Qətərdə hədəfə alınmaları ilə əlaqədar müzakirələr aparılacaq.
HƏMAS atəşkəs danışıqlarına qayıtmağa hazırdır

Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyib.

Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağında atəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qətər   HƏMAS   İsrail   müharibə   sammit  



Xəbər lenti