Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb

Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
  11 Sentyabr 2025    Oxunub:1074
Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze korrupsiya ittihamı üzrə saxlanılıb.
AzVision.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması, eləcə də, xüsusilə böyük məbləğdə gəlir əldə edilməsi ilə bağlı faktı üzrə məhkəmənin çıxardığı qətnamə əsasında keçmiş müdafiə naziri Cuanşer Burçuladze saxlanılıb”, - deyə bəyanatda deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti