Azərbaycanın ATƏT-də fəaliyyətinin əsas istiqamətləri müzakirə olunub

Azərbaycanın ATƏT-də fəaliyyətinin əsas istiqamətləri müzakirə olunub
  12 Sentyabr 2025    Oxunub:1158
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfəri çərçivəsində ATƏT-in Daimi Şuranın sədri Finlandiyanın ATƏT yanındakı daimi bümayəndəsi Vesa Hakkinen ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bu çərçivədə Vesa Hakkinen ilə Vaşinqton görüşü müzakirə edilib.

Tərəflər Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk qrupunun ləğvi barədə qərarın qəbul edilməsindən sonrakı mərhələdə Azərbaycanın ATƏT çərçivəsində fəaliyyətinin əsas istiqamətləri, hazırkı beynəlxalq mühitdə ATƏT-in dəyişən reallıqlara uyğunlaşaraq fəaliyyətini iqlim dəyişikliyi, şəhərsalma və yaxşı idarəçilik kimi mövzuları da əhatə etməklə iştirakçı dövlətlərin mənafelərinə uyğun istiqamətlərdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.


AzVision.az


Teqlər:



Xəbər lenti