İranın zənginləşdirilmiş uran ehtiyatları haradadır?
MAQATE-nin məlumatına görə, iyun ayında ABŞ və İsrailin hava hücumlarından əvvəl İranda, demək olar ki, silah üçün lazım olan səviyyəyə -60%-ə qədər zənginləşdirilmiş 440,9 kq uran var idi.
“Bu anbarların yerini açıqlamaq üçün beynəlxalq təzyiqlərə baxmayaraq, İsrail kəşfiyyatı artıq onların yerini bilir və Tehranın növbəti “təhlükəli addımlar” atacağı halda hərəkətə keçməyə hazırdır”, - qəzet yazır.
Ötən həftə İranın Xarici İşlər naziri Abbas Əraqçi hava hücumları nəticəsində yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının uçqunlar altında qaldığını etiraf edib. Onun açıqlaması MAQATE-nin iyun ayında əsas obyektlərə hücumlardan sonra İranın nüvə fəaliyyətləri üzərində nəzarəti itirməsi ilə bağlı “ciddi narahatlıq” ifadə etməsindən sonra verilib.
İsrailin müdafiə strukturlarındakı mənbələrin iddiasına görə, İran dərhal nüvə proqramının zədələnmiş komponentlərini bərpa etməyə başlasa belə, onun nüvə silahı yaratmağa cəhd göstərməsi üçün ən azı iki il vaxt lazımdır.
- “Mossad”ın direktoru David Barnea,12 günlük əməliyyat zamanı ələ alınmış iranlı müxaliflər də daxil olmaqla İrana yüzlərlə casus göndərib. Əməliyyatların hədəfi radar platformaları, ballistik raketlər və daha sonra İsrail Hərbi Hava qüvvələri tərəfindən vurulan digər obyektlər olub”, - “The Jerusalem Post (JP)” nəşri vurğulayır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


