Kiyev: “Rusların idarəetmə məntəqələri vurulub”

   Kiyev:    “Rusların idarəetmə məntəqələri vurulub”
  16 Sentyabr 2025    Oxunub:1026
Ukrayna Silahlı qüvvələrinin (USQ) Baş qərargahı sentyabrın avqustun 28-i və sentyabrın 8-də Rusiyanın işğalı aldında olan Donetsk vilayətindəki komanda məntəqələrinə endirdiyi zərbələrin nəticələrini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə USQ-nin Baş qərargahının Telegram-kanalında məlumat dərc olunub.

“2025-ci il sentyabrın 8-də Ukrayna Müdafiə qüvvələrinin bölmələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Rusiya qoşunlarının komanda məntəqələrinə kompleks atəş zərbəsi endirib”, - xəbərdə deyilir.

Məlumatda USQ-nin raket qoşunlarının və artilleriyasının, Hərbi Hava qüvvələrinin (HHQ), Pilotsuz Sistemlər qüvvələrinin (PSQ) gücü və vasitələri ordunun digər komponentləri ilə birlikdə Rusiya Quru qoşunlarının Mərkəzi qoşunlar qrupunun və 41-ci Birləşmiş silahlı ordusunun komanda məntəqələrini məhv etdiyi vurğulanır.

USQ-nin Baş qərargahı məhz bu düşmən hərbi birləşmələrinin Pokrovsk şəhəri istiqamətində fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Sentyabrın 8-də Donetsk, Yenakiyevo və Makeyevkada partlayışların baş verdiyi barədə xəbərlər yayılmşıdı. Yerli sakinlər müxtəlif ərazilərə çoxlu sayda PUA-ların uçub gəldiyini və bunun da yanğınlarla nəticələndiyini bildiriblər. Daha sonra Ukrayna ordusunun “Topaz” zavoduna zərbələr endirdiyi barədə xəbərlər verildi.

Həmçinin bildirilir ki, avqustun 28-də Rusiyanın Müdafiə naziri Andrey Belousov bu istiqamətdə Rusiya qoşunlarının komanda məntəqələrinə baş çəkib və onun səfərindən az sonra Rusiya ordusu komandanlığının göstərilən məntəqələrinə zərbələr endirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   zərbə  



Xəbər lenti