Rusiya öz "Starlink"ini yaradır

   Rusiya öz "Starlink"ini yaradır
  17 Sentyabr 2025    Oxunub:1212
Rusiya ABŞ-nin "SpaceX" şirkətinə məxsus "Starlink" peyk internet və rabitə şəbəkəsinin yerli analoqunu hazırlayır.
Bu barədə "Roskosmos" Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyasının Baş direktoru Dmitri Bakanov "Соловьев Live" verilişində danışıb. O, aparıcı Vladimir Solovyovun "hərbçilərimiz Ukrayna Silahlı Qüvvələri kimi ABŞ-də hazırlanmış terminalları işlədirlər" sözünə:

"Tezliklə öz terminalımızı quracağıq. Eyni zamanda, öz peyk cihazımızın da hazırlanması prioritet məsələdir", – cavabını verib.

Dmitri Bakanov hələ iyulun 28-də ölkənin "RBK" xəbər agentliyinə müsahibəsində "Starlink"in rus analoqunun hazırlandığını diqqətə çatdırmışdı. Onun sözlərinə görə, layihə özəl investor tərəfindən həyata keçirilir.

Məlumat üçün bildirək ki, Ukrayna Ordusu müharibə başlayandan bəri havada, dənizdə və quruda rabitə, naviqasiya, dronların idarəsi sahələrində "Starlink" şəbəkəsindən faydalanır. 2024-cü ildə "Defense One" xəbər saytı məlumat yaymışdı ki, Rusiya hərbçiləri də bu şəbəkənin terminallarından yararlanırlar. Halbuki "Starlink" Rusiyada rəsmi surətdə əlçatan deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Starlink  



Xəbər lenti