Ohanyan cəbhə xəttinə getdi

Ohanyan cəbhə xəttinə getdi
  08 Avqust 2014    Oxunub:3915
Ermənistan müdafiə naziri Seyran Ohanyan avqustun 7-indən etibarən Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində səfərdədir.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçurun Ovannisyan bildirib.

“Əsgər və kəndlilərin döyüş ruhu olduqca yüksəkdir. Biz ön cəbhədə olduq, daha sonra Berkaber və Vazaşen kəndlərinə getdik. Bu gün isə digər sərhədyanı kəndlərə səfər edəcəyik” –deyə, məlumatda bildirilir.

Ovannisyanın sözlərinə görə, nazirin Tavuş vilayətində nə qədər qalacağı barədə dəqiq məlumat yoxdur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti