MİT rəhbəri Suriya Prezidenti ilə görüşəcək

MİT rəhbəri Suriya Prezidenti ilə görüşəcək
  17 Sentyabr 2025    Oxunub:923
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Qalın Suriyaya səfəri çərçivəsində paytaxt Dəməşq şəhərində bu ölkənin keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə ilə görüş keçirəcək.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, görüşdə tərəflər qarşılıqlı və regional təhlükəsizlik məsələləri ətrafında cari vəziyyəti qiymətləndirəcəklər.
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcəklər

Yeri gəlmişkən, sabah Bakı şəhərində İsrail və Suriya hökumətinin nümayəndələri arasında təhlükəsizlik məsələlərinə dair görüş keçirilməsi planlaşdırılır. "Sky News Arabia" telekanalı öz mənbələrinə istinadən bildirib ki, iki ölkə arasında mübahisəli ərazilər üzrə razılaşdırılma ilə əlaqədar qarşılıqlı təkliflər irəli sürüləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   MİT   Suriya   görüş  



Xəbər lenti