Qarabağ Universitetinin yeni yataqxana kompleksi istifadəyə verilib

Qarabağ Universitetinin yeni yataqxana kompleksi istifadəyə verilib
  19 Sentyabr 2025    Oxunub:1764
Müasir kampus konsepsiyasına uyğun əsaslı təmir işləri aparılmış 7 mənzil tipli binadan ibarət yeni yataqxana kompleksi Qarabağ Universitetinin tələbələrinin istifadəsinə verilib.
Universitetdən AzVision.az -a bildirilib ki, müvafiq yaşayış şəraiti yaradılmış 312 mənzil zəruri avadanlıqlarla təchiz edilib.

Ümumilikdə, 30 min kvadratmetr mənzil sahəsi olan yataqxana kompleksində 1700 tələbənin yaşaması nəzərdə tutulub.

Qeyd edək ki, Qarabağ Universitetinin ötən il istifadəyə verilmiş digər tələbə yataqxanası 6 mənzil tipli binadan ibarətdir.

AzVision.az


Teqlər:



Xəbər lenti