İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu oldu

İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu oldu
  20 Sentyabr 2025    Oxunub:548
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
AzVision.az xəbər verir ki, Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) çempion olub.

O, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.
Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Qeyd edək ki, Zəkiyev bununla da 9-cu dəfə Avropa çempionu adını qazanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti