Formula 2: Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib

   Formula 2: Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib
  21 Sentyabr 2025    Oxunub:1262
Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə əsas yarış başa çatıb.
“Dams Lucas Oil” komandasının amerikalı pilotu Cek Krouford yarışın qalibi olub.

“AIX Racing”in üzvü paraqvaylı Coşua Durksen ikinci, “Hitech TGR”dən isveçli Dino Beqanoviç üçüncü sırada qərarlaşıb.

Xatırladaq ki, sıralama turunda “Dams Lucas Oil” komandasının amerikalı pilotu Cek Krouford birinci, “İnvicta Racing”in üzvü italiyalı Leonardo Fornaroli ikinci, “Prema Racing”dən italiyalı Qabriele Mini üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.


Teqlər:



Xəbər lenti