"Dünya beşdən böyükdür" - Ərdoğan BMT-də islahatlar tələb edir

"Dünya beşdən böyükdür" -  Ərdoğan BMT-də islahatlar tələb edir
  21 Sentyabr 2025    Oxunub:1471
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etmək üçün səfərə çıxmazdan əvvəl beynəlxalq qurumun islahatlara ehtiyac duyduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, BMT-nin 80 il əvvəl formalaşmış hazırkı strukturu müasir çağırışlara cavab vermir və təşkilatın üzərinə düşən əsas vəzifələri yerinə yetirməkdə kifayət qədər səmərəli deyil.

“Biz bu mövqeyi ilk dəfə 12 il öncə BMT tribunasında səsləndirmişdik və vurğulamışdıq ki, dünya beşdən böyükdür”, – deyə Ərdoğan Anadolu agentliyinə müsahibəsində xatırladıb.

Türkiyə lideri əlavə edib ki, BMT-də islahatların vacibliyi artıq təşkilatın baş katibi səviyyəsində də müzakirə olunur.

Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr də BMT-də struktur islahatlarının aparılması ilə bağlı çağırış etmişdi.

M.Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti