HƏMAS-ın dəniz qüvvələrinin rəhbər şəxsi öldürülüb | VİDEO

   HƏMAS-ın dəniz qüvvələrinin rəhbər şəxsi öldürülüb |    VİDEO
  22 Sentyabr 2025    Oxunub:560
İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının mərkəzinə aviazərbəsi nəticəsində Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının dəniz polisinin komandir müavini İyad Əbu Yusif zərərsizləşdirilib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, öldürülən terrorçu 2023-cü ilin 7 oktyabrında İsrailə qarşı hücumun iştirakçısı idi. O həmçinin təşkilatın maddi aktivlərinin təhlükəsizliyindən də cavabdeh sayılırdı.

"Əbu Yusif müharibə ərzində hərbçilərimizə qarşı hücumlar planlaşdırıb həyata keçirirdi. Onun aradan qaldırılması HƏMAS-ın həm kəşfiyyat, həm də hərbi qanadına əhəmiyyətli zərbədir", – məlumatda vurğulanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   müharibə  



Xəbər lenti