Malta da Fələstini tanıyacaq

Malta da Fələstini tanıyacaq
  22 Sentyabr 2025    Oxunub:1235
Malta bu gün ABŞ-nin Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin Muxtariyyətini rəsmi dövlət səviyyəsində tanıdığını açıqlayacaq.
Bu barədə Maltanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Diqqətə çatdırılıb ki, Baş nazir Robert Abela ölkəsinin Fələstini tanımaqla əlaqədar niyyətini hələ cari ilin mayında dilə gətirmişdi.

O, dünən özünün "Facebook" hesabında yazıb ki, "belə bir tarixi addım Maltanın regionda sülhə sadiq qaldığını göstərir".

Malta İsrail-Fələstin münaqişəsində balanslı mövqe tutur. Həm Fələstinin problemlərinin həllinə töhfə verməyə, həm də İsraillə diplomatik münasibətlərini qorumağa çalışır. Bu baxımdan iki dövlətli həll yolu üzrə beynəlxalq səyləri dəstəkləyir.
Almaniya XİN: "Fələstini tanımaq axırıncı məsələdir"

Xatırladaq ki, dünən BMT-nin Baş Assambleyasında Britaniya, Kanada, Avstraliya və Portuqaliya ötənaykı vədlərinə əsasən Fələstini tanıdıqları ilə əlaqədar bəyanat yayıblar. Hazırda Fransanın da oxşar addım atacağı gözlənilir. Almaniya isə bu tendensiyadan hələ ki uzaqdır. Öz növbəsində, İsrail isə Fələstinin dövlət səviyyəsində tanınmasını "terrorçuluğa mükafat" adlandırır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Malta   Fələstin   BMT   dövlət   tanıma  



Xəbər lenti