ABŞ 6-cı nəsil ilk qırıcı təyyarəsini hazırlayır
- “F-22 Raptor” qırıcısını əvəzləmək üçün nəzərdə tutulan “F-47” təyyarəsi ilk uçuşunu 2028-ci ildə edəcək və gələcək hava üstünlüyü üçün əsas platformaya çevriləcək. “Boeing” mart ayında müsabiqədə qalib gəldiyini elan etdikdən sonra altıncı nəsil qırıcının istehsalına başlayıb”, - general Olvin bildirib.
“F-47”-nin təkmilləşdirilmiş gizli imkanlara, müasir silahlara və mühərriklərə malik olacağı və pilotsuz qanadlı təyyarələrlə birgə fəaliyyət göstərəcəyi gözlənilir.
Daha əvvəl dərc edilmiş məlumatlara görə, təyyarənin döyüş radiusu 1852 km-dən, maksimal sürəti isə 2448 km/saatdan çox olacaq.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


